Vaşinqton küçələrində İran liderlərinin fotoları
14.09.2015 677 0.0 0

ABŞ-ın paytaxtı Vaşınqton küçələrində asılan İrana həsr olunan posterdə birinci yeri İslam inqilabını edən Ayətullah Xamneyinin şəkli tutur.

Məlumata görə, posterlərdə inqilabın baş verdiyi 1979-cu il xüsusilə qabardılır. Daha sonra İran siyasətində özünəməxsus yeri olan, lakin özünün və oğullarının əmlakına İslam dövləti tərəfindən həbs qoyulduğu iddia edilən Əli Əkbər Haşimi Rəfsəncaninin fotosu paylaşılır.

 

 

Onun hakimiyyətdə olduğu 1995-ci ildə hər çıxışında ABŞ-a müharibə oxumuş Mahmud Əhmədi Nejat, nəhayət, İranın Dini lideri Ayətullah Seyid Əli Xomneyinin şəkli də var. Maraqlıdır ki, İranla ABŞ arasında razılaşmanı öz qələbəsi kimi sayan Həsən Ruhaninin şəkli nümayiş olunmur.

Bir neçə gün əvvəl İranın dini lideri, ABŞ-ı şeytan adlandırmış, nüvə sazişindən başqa Amerika ilə heç bir əlaqə qurmayacaqlarını söyləmişdi.

İran dini liderinin bu açıqlamasından məharətlə istifadə edən Respublikaçılar isə Demokratların İran siyasətini pisləmək üçün əsl fürsət tapmış kimi görünürlər. Posterdə də son nöqtə budur. Bəs, 10 il sonra nüvə sanksiyaları qaldırıldıqdan sonra İran hansı şuarları səsləndirəcək?/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar