Vasif Talıbov dövlət qurumun ləğv etdi
20.01.2016 675 0.0 0

Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bununla bağlı Naxçıxan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmanla Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları Naxçıvan İqtisadiyyat Nazirliyinə verilib.
V.Talıbovun digər sərəncamı ilə Naxçıvan İqtisadiyyat və Sənaye Nazirliyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar