Vanqanın Tramp haqqında ŞOK PROQNOZU: «Ölkəni çökdürəcək»
16.11.2016 2111 0.0 0

Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2016-cı ildən sonra dünyanın siyasi mənzərəsinin dəyişəcəyini də ehtimal edib. 

Kor kahinin gələcəklə bağlı verdiyi proqnozlar arasında ABŞ hakimiyyəti, "Ağ ev" barəsində ilginc məlumatlar verilib. 

Dünya siyasi gündəmini nəzərə alaraq Vanqanın Obamadan sonra ABŞ prezidenti olacaq  Tramp barəsindəki proqnozlarını təqdim edirik. Qeyd edək ki, 1996-cı ildə dünyasını dəyişən Kor Vanqa əlbəttə ki, məxsusi olaraq Tramp adını çəkmir. O, insanları yalnız əlamətlərinə görə və rəqəmlərin köməyilə ilə proqnozlaşdırıb. Məsələn, ABŞ-ın 44-cü rəhbəri qaradərili olacaq” proqnozunun Barak Obamaya aid olmasına şəkk-şübhə yoxdur. Onu da qeyd edək ki, Vanqanın həm həm bu, həm də başqa proqnozları Moderator.az saytının xəyal məhsulu deyil. Vanqa və Nostradamusu tədqiq edən xüsusi qrup var ki, onlar dünyada hər hansı dəyişikliyin yarandığı ərəfədə bu iki kahinin vaxtilə söylədikləri şifrəli proqnozlara müraciət edirlər. Sıravi insanlar həmin proqnozlardan nəsə anlamaq gücündə deyil. Yalnız həmin mütəxəssislər onları de-şifrə edərək, lazım bildikləri hissələri ictimaiyyət üçün açıqlayırlar.

Ötən həftə Trampın prezident seçilməsi də dünyanın gələcək düzəninə təsir edə biləcək hadisələrdəndir. Odur ki, həmin qrup Vanqanın proqnozlarının 2016-cı ildən sonrakı mərhələsinə göz gəzdirərək onları de-şifrə ediblər. 

Beləliklə, Vanaqnın Tram və ondan sonrakı Amerika barəsindəki proqnozları bunlardı:
“44-cü qara başçı sonuncu rəhbər olacaq. Ondan sonra hər kəs gözünü yeni rəhbərə dikəcək. Hər kəs bütün ümidlərini ona yükləyəcək. Amma tam tərsi baş verəcək. Cənub və şimal əyalətləri arasında mübarizə qızışacaq. O, ölkəni çökdürəcək”/Moderator.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar