Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı proqnoz
20.04.2016 628 0.0 0


"Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov yenidən neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb.  Məlumata görə, şirkət rəhbəri bildirib ki, növbəti ilin əvvəlinə qədər neftin qiyməti 50 dollar civarında olacaq. 

“Neftin qiyməti 30 dollara qədər enmişdi. Amma 2017-ci ilin başlanğıcına  qədər “qara qızıl”ın qiyməti 50 dollar ətrafında dəyişəcək”.
Azərbaycanlı iş adamı bildirib ki, neftin qiyməti artıq sabitləşməyə doğru gedir. Yəqin ki, OPEC ölkələri hasilatın “dondurulması” ilə bağlı razılığa gələcəklər”.

Ötən ilin dekabrında Vahid Ələkbərov 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnozlarını açıqlamışdı. 

O bildirmişdi ki, növbəti il “qara qızıl”ın qiyməti 42-47 dollar arasında dəyişəcək. V.Ələkbərovun fikrincə, 2017-ci ildə neftin qiyməti artmağa başlayacaq.
Şirkət rəhbəri bildirib ki, bəşəriyyət yeni enerji mənbələrinin axtarışını davam etdirməlidir: "Amma növbəti 40-50 il ərzində ənənəvi enerji mənbələri olan neft, qaz və kömürdən istifadə davam edəcək".  

Bir neçə gün əvvəl Qətərin paytaxtı Doha şəhərində OPEC-in iclası keçirilib.

 
İclasda neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə müzakirələr aparılsa da Səudiyyə Ərəbistanı və İran arasında anlaşmazlıq səbəbindən konkret qərar qəbul edilmədi.

İran rəsmiləri bildirir ki, neft hasilatını 4 milyon barelə qədər artırmaq fikrindədirlər. Amma əsas gəlir mənbəyi “qara qızıl” olan Rusiya neft hasilatının artırılmasında maraqlı deyil. Çünki hasilatın artırılması dünya bazarında neftin qiymətini daha da azalda bilər.  /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar