Vahid Ələkbərov yenidən prezident seçilib
23.06.2016 549 0
Vahid Ələkbərov yenidən "Lukoil" şirkətinin prezidenti vəzifəsinə seçilib.
Məlumata görə, "Lukoil"in səhmdarları illik toplantıda V. Ələkbərovun növbəti 5 il üçün şirkətin prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul ediblər.
Qeyd edək ki, V. Ələkbərov 1950-ci ildə Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1993-cü ildən "Lukoil"a rəhbərlik edir. O, şirkətin səhmlərinin 22,96%-ə sahibdir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər