Vahid `Çağrı Mərkəzi`nin yaradılması zəruridir
10.02.2022 289 0.0 0

Səhiyyənin keyfiyyətcə yeni müstəviyə çıxarılması məqsədilə qısamüddətli və ortamüddətli hədəflər müəyyən edilib. Vətəndaşlara səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi prioritet istiqamətlərdən hesab olunduğundan qısa müddətdə səhiyyədə vahid “Çağrı Mərkəzi”nin yaradılması zəruridir.

Qazeta.info bildirir ki, bunu Səhiyyə Nazirliyində səhiyyə sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunan mətbuat konfransında səhiyyə naziri Teymur Musayev deyib.

T. Musayev bildirib ki, bu mərkəz hər bir vətəndaşın səhiyyə ilə bağlı istənilən müraciətini cavablandıracaqdır. Rəqəmsallaşmanın effektiv idarəetməni şərtlərindən ən mühüm alətlərdən, eyni zamanda vətəndaşların həyat keyfiyyətinin artmasına birbaşa təsir edən amil olduğunu nəzərə alaraq, nazirlik tərəfindən növbəti 5 il üçün hazırlanan “Rəqəmsal Səhiyyə Strategiyası” sənədi yekunlaşmaq üzrədir. Qısamüddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlərinin digər ana xəttini dövlət qurumları ilə əməkdaşlığının aktiv fazaya keçirilməsi təşkil edir. Bu məqsədlə Dövlət Vergi Xidməti ilə əməkdaşlığa dair Tədbirlər Planı hazırlanır. Eyni zamanda, təhsil, rəqəmsal inkişaf və nəqliyyat, maliyyə nazirlikləri ilə, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və digər qurumlarla aktual mövzularda yaxından əməkdaşlıq aparılması planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar