Vətəndaş «AtaBank»la bağlı yenidən şikayət etdi
12.05.2015 711 0.0 0

Bir müddət əvvəl Qazeta.info saytı  Ucar rayonu, Sadıq Qarayev küşəsi, ev 25  ünvanda yaşayan Məmmədov Cavid  Sadıq oğlunun “AtaBank” ASC ilə əlaqədar şikayətini dərc etmişdi.

Bildirək ki, Ucar sakini  “AtaBank” ASC-nin Göyçay filialının müdiri Seymur  Mehdiyevdən şikayət edərək bildirirdi ki, “AtaBank” ASC-nin Göyçay filialının müdiri Seymur müəllim onun ailəmin sosial müavinət kartlarını kredit borcuna görə götürmüş, ailəsini aclıq içində yaşamağa məcbur etdərək  3 azyaşlı övladının sosial sxıntı içində olduğunu bildirmişdi.

Bildirək ki, Ucar sakini Cavid  Məmmədov yenidən Qazeta.info-ya müraciət edərək mətbuata ünvanladığı ilk şikayətdən sonrakı prosesləri diqqətimizə çatdırır. Müraciəti olduğu kimi diqqətinizə təqdim edirik.

 

 

"Bu ilin mart ayı  mən mətbuat vasitəsi ilə müraciət edib "AtaBank" ASc-nin Göyçay rayon filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyevin qanunsuz olaraq ailəmin sosial kartlarını girov saxlayıb hər ay bankomatdan bütün pullarımızı borcun yerinə götürüb az yaşlı uşaqlarımı acından ölməyə məhkum etməsi barədə şikayət etmişdim.Bununla əlaqədar şikayət ərizəmin araşdırılması Göyçay rayon prokurorluğuna həvalə edildi. Məni rokurorluğa dəvət edib izahatımı aldılar.Göyçay rayon Prokurorluğu nədənsə cinayət əməli törətmiş şəxsin əməlinin üstünü ört-basdır edir.Belə ki, mənim şikayət ərizəm əsasında "AtaBank" ASC-nin Göyçay filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyevin qanunsuz əməlini araşdırıb qanunda nəzərdə tutulmuş tədbirlər görmək əvəzinə mənə məhkəməyə müraciət etməyim barədə hüquqlarımı izah etməklə başdan sovdu cavab məktubu göndərmişdir.Hnsı ki, "AtaBank" ASC-nin kredit şöbəsinin müdiri Seymur Mehdiyevin əməli cinayət tərkiblidir.Buna görə Göyçay rayon prokurorluğu aparılan araşdırmada izahatımda göstərdiyim şahidləri dindirilmədi, bankomatdan  çıxarışları  sorğu edib  almadı  ki, bu özü saxtakarlıqdır.Qeyd edim ki, "AtaBank" ASC ilə 08.11.2012-ci il tarixdə bağladığım müqaviləyə əsasən kredit götürmüşdüm.Buna görə həmin bankın kredit şöbəsinin müdiri Seymur Mehdiyev mənim ailəmə məxsus sosial kartımı alıb özündə saxlamaqla kredit borcunun əvəzinə hər ay bankomatdan pul çıxarırdı.Mən sonradan bilmişəm ki, sosial kartın bank əməkdaşı tərəfindən saxlanılıb çıxarışlar edilməsi qanunsuzluqdur.Buna görə  ilk növbədə mətbuat vasitəsi ilə orqanlara müraciət etdim və şikayət ərizələri göndərdim.Elə həmin vaxt Seymur Mehdiyev mənim sosial kartlarımı tez-tələsik Ucar rayon sakini İbrahimov İntiqam Nazir oğluna göndərib ki, tez mənə çatdırsın.Bütün aidiyyatı orqanlara yazdığım şikayət ərizələrim araşdırılması üçün Göyçay rayon prokurorluğuna həvalə edildiyindən Elviz adlı müstəntiq izahatımı aldı.Ancaq izahatımda adını göstərdiyim şahidlər qanunda nəzərdə tutulmuş qaydada dindirilmədi, bankomatdan sosial kartlarımdan həmin vaxta qədər pulun kimin tərəfindən çıxarılması qanunu qaydada yoxlanılmadı. Göyçay rayon prokurorluğu nədənsə  Seymur Mehdiyevin cinayət əməlinin üstünü ört-basdır etmişdir.Hansı ki, prokurorluq apardığı araşdırmaya görə hər-hansı bir qərar qəbul etməli idi.Bütün bunalar onu deməyə əsas verir ki, Göyçay rayon prokurorluğu Seymur Mehdiyevin hərəkətlərini dövlət qanunlarından ali tutub cinayət əməlinin üstünü ört-basdır etmişdir.Ortada konkret və mötəbər subutlar var ki, "AtaBank"ASC-nin Göyçay filialının kredit şöbəsinin müdiri Seymur Mehdiyev mənə məxsus sosial kartlarımı uzun müddət özündə saxlamaqla kredit borcumun əvəzinə bankomatdan pullar çıxartmışdır.Mən artıq bu qanunsuzluq barədə Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova şikayət ərizəsi ilə müraciət etmişəm.İstəyirəm ki. bu cinayət faktını Milli Təhlükəsizlik Nazirliyi araşdırsın.Buna görə də mətbuat vasitəsi ilə Milli TəhlükəsizlikNaziri cənab Eldar Mahmudova müraciət edib  xahiş edirəm şikayət ərizəmi saxtakarlıqla məşğul olan və öz maddi maraqlarını dövlət qanunlarından ali tutan Göyçay rayon Prokurorluğuna göndərməyin,  Milli Təhlükəsizlik Nazirliyi  tərəfindən  tam, hər tərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz.Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm."

Qazeta.info əlavə olaraq bildirir ki, yazıda adı keçən bütün tərəflərin də mövqeyin dərc etməyə hazırıq

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar