Vəhabi kraldan təhlükəli qərar
11.05.2015 745 0.0 0

Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri ağır hərbi texnikalarını Yəmənlə sərhəddə yerləşən Nadjran şəhəri ərazisinə cəmləyir.

Məlumata görə, bu haqda Səudiyyə telekanalları xəbər yayıb.

Ordunun hərəkətə gətirilməsinə səbəb husilər tərəfindən Nadjranın atəşə tutulmasıdır. Hücum nəticəsində bir nəfər Pakistan vətəndaşı həlak olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndə Husilərə havadan hərbi əməliyyatlar keçirir. Əməliyyatlar zamanı xeyli sayda üsyançı ilə yanaşı dinc sakinlər də həlak olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar