Vəhabi kral məyus oldu
27.03.2015 784 0.0 0

Pakistan vəhabilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin koalisiyasına qoşulması məsələsinə aydınlıq gətirib.

Məlumata görə, Səud rejiminin uzun illərdir müttəfiqi olan Pakistan Yəmənə qarşı hərbi əməliyyatlara başlayan koalisiyaya daxil olmayacağını bildirib. 

Pakistanın müdafiə naziri Kavaca Asif parlamentə “nəyin bahasına olursa olsun” İslamabadın Səudiyyə Ərəbistanının ərazi bütovlüyünü müdafiə etməyə hazır olduğunu, ancaq təriqət müharibəsində iştirak etmək istəmədiklərini bildirib.

Qeyd edək ki, Yəməndə hakimiyyətin ələ keçirilməsi ilə nəticələnən üsyandan sonra Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi koalisiya yaradaraq şiə hüsilərin mövqelərinə hava zərbələri endirməkdədir./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar