Bakı 2015 ilk Avropa Oyunlarında keçirilmiş sinxnron üzgüçülük yarışlarında Rusiya qüsursuz çıxış nümayiş etdirib. Rusiyalı üzgüçü Anastasiya Davidova, göstərdikləri bu uğurlu nəticəni, bu vaxta qədər rastlaşdığı ən yaxşı çıxışları adlandırıb.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Rusiya Olimpiya Komitəsinin baş katibi Davidova, Rusiya komandasının bazar ertəsi günü sinxron üzgüçülüyün duet üzrə final yarışlarında qızıl medallar qazandıqdan sonra, sərbəst kombinasiya üzrə də qızıl medallar əldə etməsini böyük heyranlıqla və sevinclə qarşılayıb.
Görünür komanda çərşənbə axşamı keçirilmiş yarışlarda müvəffəqiyyət əldə edəcəyindən tam əmin idi. Belə ki, Rusiya yığmasının üzgüçüləri Valeriya Filenkova və Dariya Kulaqina ikinci qızıl medallarını qazanaraq, gümüş medallarla mükafatlandırılan ispanları yeddi xal geridə qoymağı bacarıb. Üzgüçü Kulaqina qazandıqları bu qələbə haqqında hisslərini belə bölüşüb:
Beş dəfə Olimpiya iştirakçısı olmuş Davidova qızların çıxışından razı qalaraq hesab edir ki, bu gedişlə sabah fərdi və birləşmələrdə daha iki qızıl medal qazana bilərlər. Həmçinin o əlavə edib ki, onlar bu uğurlu çıxışı gün ərzində məşğul olduqları 8 saatlıq məşqə borcludurlar.
Bakı Su İdmanı Mərkəzində keçirilən yarışlarda, üzgüçülər rus ənənələrinə uyğun olaraq əlvan rəngli milli kostyumlar geyinərək, çıxışlarını Rusiya xalq musiqisinin sədaları altında göstəriblər.
Yarışlar vaxtı İspaniya həyəcanlı oyun nümayiş etdirib. Belə ki, o, 162,0406 xal hesabı ilə rəqibi üzərində qələbə qazanaraq gümüş medala sahib oldu. Ukrayna isə bu mübarizədə 159,0860 xalla bürünc medal qazanaraq üçüncü pillədə qərarlaşıb.