Uzun müddətdir dondurulan İran aktivləri geri qaytarılır
12.05.2015 679 0.0 0
İran Mərkəzi Bankı “altılıq” ölkələri ilə əldə olunmuş razılaşma çərçivəsində üçüncü mərhələdə xarici banklarda dondurulmuş vəsaitlərindən 4,9 mlrd dolları geri alıb.

 

“TASS”a istinadən verilən xəbərə görə, bu barədə İran Mərkəzi Bankın açıqlamasında bildirilir.

 

Əvvəlki iki mərhələ ümumilikdə 7 mlrd dolların köçürülməsi nəzərdə tutulmuşdu. Üçüncü mərhələ çərçivəsində isə ümumilikdə 4,9 mlrd dollar bir neçə bərabər tranşlarla İrana köçürülüb.  

 

Qeyd edək ki, xarici banklarda İranın, ümumilikdə,  100 mlrd dollaradək vəsaitlərinin  dondurulduğu iddia edilir. İranın nüvə proqramı üzrə saziş imzalandıqdan və sanksiyalar ləğv olunduqdan sonra bu vəsaitlərin Tehrana qaytarılması nəzərdə tutulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar