Üzüm budağının suyu. TƏBİİ DƏRMAN
30.03.2017 2742 0.0 0

Yaz gəlir, yazda üzüm ağacları budanılır, fikir vermisinizsə kəsik yerlərindən su tökülməyə başlayır.

Bu su adi su deyil, bu suyun tərkibində vitaminlər, minerallar və fermentlər vardır ki, faydaları haqqında yazıram.

Üzüm kəsildikdən sonra su axan nöqtələrin altına qab qoyun, bu suyu toplayıb soyuducuda saxlayın və səhər ac qarına yarım stəkan bu sudan içmək böyrək və öd daşlarını əridir. Sonra bu su ilə gündə 30-40 qram arası olmaq şərtilə saç diblərini isladın, saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülmənin dayanmasına səbəb olacaqdır.

Bu sudan gözə damcıladanda göz qaşınmaları, acışmaları və gözdəki qızarmalar aradan qalxır. Bundan başqa təzə yarpaqlayan üzüm yarpaqları yığılaraq əzilir, oynaq üzərinə qoyulub bağlanılır. Nəticədə oynaq ağrılarını götürür, oynaq duzlaşmalarında olduqca faydalı təsir göstərir.

Əgər saçlarınıza qulluq üçün yetərincə üzüm suyu toplaya bilməmisinizsə onda belə edin, təzə üzüm yarpaqları və ya zoğları toplayıb 2 xörək qaşığı 1 stəkan suda 20 dəq dəmləyib süzün, gündə bir dəfə saçları yaxalayın.

Bundan başqa yetişməmiş üzüm meyvəsi abqora adlanır. Abqoranı yığın, şirəçəkəndən keçirib şüşə butulkalara yığın. Bu şirə şəkər xəstələri üçün çox faydalıdır. Belə ki, yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı bu şirəni 1 stəkan suya qarışdırıb içilərsə adamda şəkər səviyyəsi yüksəlməz./Saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar