Üzgüçü Rio-2016-da dünya rekordu vurdu
08.08.2016 734 0
Böyük Britaniya yığmasının lideri Adam Piti brass üsulu ilə 100 m məsafəyə üzməkdə yeni dünya rekordu müəyyən edərək (57,13 s) Olimpiya çempionu olub.
Məlumata görə, gümüş medalı Cənubi Afrika Respublikasının nümayəndəsi Kameron van der Burq qazanıb. Üçüncü yeri ABŞ üzgüçüsü Kodi Miller tutub.
Bununla da Adam Piti avqustun 6-da Olimpiadada müəyyən etdiyi dünya rekordunu (57,55) təzələyib.
Qeyd edək ki, bundan əvvəl isveçli üzgüçü Sara Şestryöm batterflay üsulu ilə 100 m məsafəyə üzməkdə (55,48 s) , ABŞ təmsilçisi Keti Ledeki isə sərbəst üsul ilə 400 m məsafəyə üzməkdə (03.56,46) yeni dünya rekordu müəyyən edərək Olimpiya çempionu olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər