Üsyançıların mövqeləri bombalandı
13.09.2015 599 0
Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı növbəti əməliyyatları baş tutub.
Məlumata görə, qırıcılar üsyançıların hərbi bazalarını hədəfə alıblar. Əməliyyatlar zamanı üsyançılara məxsus obyektlər məhv edilib.
Məlumata görə, Yəməndə ölkənin sabiq prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Abdullah Salehin başçılıq etdiyi Respublika Mühafizəsi elit ordu qüvvələri də husi üsyançılarına qoşulub.
Ötən gün keçirilən əməliyyatlarda, eyni zamanda, onların da mövqeləri aviazərbələrə məruz qalıb. Bölgədə məskunlaşan dinc əhali zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar.
Əməliyyatlar nəticəsində mülkilər arasında itkilər qeydə alınıb.
Yəməndə mart ayında başlayan münaqişə nəticəsində 4500-dən çox insan öldürülüb. Onlardan 2100-ü mülki şəxslərdir. Üsyanlar prezident Əbd Rəbbo Mənsur Hadini ölkənin tərk edərək Səudiyyə Ərəbistanına sığınmağa vadar edib./anspress/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər