Ustadın son müsahibəsi: Ölüm yaxınlaşıb, yaşamaq istəyirəm (VİDEO)
08.09.2015 921 0.0 0

"Bilirsiniz sizi qorxudan odur ki, artıq ölüm vaxtım çatıbdı. Haqlısınız, amma nətər şeydirsə, adam ölüm vaxtı çatandan sonra çox yaşamaq istəyir. Həyat onda daha da şirinləşir".

Bu sözləri mərhum xalq artisti Habil Əliyev ANS TV-də yayımlanan Hesabat verilişində Mir Şahinə son müsahibəsində demişdi.

Xalq artisti həyatdan köçmək istəmirdi. O bunu müsahibəsində də bildirmişdi. Habil Əliyev deyirdi ki, insan hiss edəndə ki, ölüm vaxtı çatıb, həyatdan əl çəkmək istəmir.

"Həyat var, Allaha şükür yaşayırıq. Əziyyət çəkimişik, bu günlərə gəlmək üçün. Gəlib çıxmışıq da, niyə qoyum gedim bütün bunları? Ancaq getmək istəmədim. Ölüm dayandı. Onu ləngitdim. Mən yox, daha doğrusu Allah ləngitdi. Bu saat heç kimə etibar yoxdur. Hələ ki, ləngitmişəm. İnşallah mənə belə gəlir ki, Allah imkan verər, hələ bir-iki işim var, onları da görüm qurtarım. İş qurtarmır da, iş qurtarmır. Qurban olum Allaha, saxladı bu dəfə məni. Dedi nə işin varsa gör, amma qudurma. Söz verdim ki, qudurmaq mənim qanımda, nəslimdə olmayıbdı. Mən də qudurmayacam. Amma nə qədər imkanınız var qoyun bir az yaşayım. Yaşamağın qədrini hələ indi bilirəm. Yaşamaq get-gedə gözəlləşir. Çox şükür Allaha, qoca yaşımda nə görmək istəyirdimsə hamısını görürəm. Bundan böyük arzu ola bilməz", - deyə Habil Əliyev ötən il ANS-ə verdiyi müsahibəsində bildirmişdi.

Bilmirik, Habil Əliyev Allahın ona verdiyi ömür payında dediyi bir-iki işini görə bildi ya yox, bircə onu dəqiq bilirik ki, o, xalqın ürəyində, yaddaşında silinməz iz buraxdı.

Allah rəhmət eləsin Sizə...




Xalq artisti Habil Əliyev bu gün dünyasını Bu barədə  xalq artistinin yaxınları məlumat verib. Onların sözlərinə görə, Habil Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar