Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019 562 0.0 0

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

Qazeta.info Cüdo Fedarasiyasının məlumatına əsasən bildirir ki, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 7-ci medal olub. Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda 1-ci yeri, Müşviq Cəfərov isə 3-cü yeri tutub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar