Uşaqlarla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb
06.03.2017 616 0.0 0

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin iclasında “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, iclasda bildirilib ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir. 

Sənəddə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır. Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, informasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb. 
 
Layihə yenidən işlənməsi üçün komitədə saxlanılıb və Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar