Uşaq evində biabırçılıq - VİDEO
14.06.2016 761 0.0 0

 Təhsil Nazirliyinin Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakini olan bir uşağın nəzarətsiz saxlanılması məlum olub.
Qazeta.info bildirir ki, "Report"un redaksiyasına daxil olan video-görüntülərdə gecə təxminən 2 radələrində uşaq evindən olan E.M. ilə dialoq yer alıb.
Söhbət zamanı E.M. uşaq evində mühafizəçi olmadığını, istənilən uşağın internatdan istədiyi vaxt çıxdığını deyib.
Uşaq söhbət zamanı Reyhanə Sadıqovanın rəhbərlik etdiyi uşaq evində onlara vaxtı-vaxtında yemək verilmədiyini də bildirib.
"Report" məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu ünvanlayıb, lakin sorğuya cavab verilməyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar