Uşaq baxçasında biabırçılıq (FOTO)
03.04.2015 717 0.0 0

Bakıda fəaliyyət göstərən 115 saylı baxçada uşaqlara vaxtı ötmüş ərzaqlar verilir.

Qazeta.info Anspress-in məlumatına istinadla bildirir ki, bu barədə "Facebook" sosial şəbəkəsində jurnalist Ləman Əliəşrəfqızı yazıb.

Həmin yazını öldüğü kimi sizə təqdim edirik.

"Baxçada dünən uşaqlara iylənmiş ət veriblər. Bu gün təsadüfən valideynlərlə müəllimlərin mübahisəsinin şahidi oldum. Uşağı bağçadan götürəndə gördüm valideynlər müəllim və "texniçka"ları küncə qısıblar. Məni görəndə dərdləri təzələndi. Valideynin biri deyir ki, dünən uşağı gətirəndə görüb ətrafı iylənmiş ət iyi basıb. Deyib bu nədir bişirirsiz, bu iy nədir? Cavab çox qəribə olub. Gah deyiblər bayramdan sonradır, ət qalıb iylənib! (Hərçənd, sovetin vaxtında dondurulmuş ətləri bir əsr boyu yeyirdin iylənmirdi), gah deyiblər narahat olmayın ətə dəfnə yarpağı vurmuşuq, iy gedəcək və s. Maraqlıdır ki, bu hadisələr bağça müdirinin məzuniyyətdə olduğu bir vaxtda baş verir. Müdiri isə anbardar əvəz edir ki, o da müdirin yaxın qohumudur. Faktı aşkarlayan valideyn həm də deyir ki, ötən il bu bağçadan gecə ərzaq oğurluğunu telefona çəkib, sadəcə o vaxtkı müdir çox yalvar-yapış etdiyi üçün məsələni şişirtməyiblər. Əgər valideynin dediyi həqiqətdirsə, onda təzə əti gecəynən satıb yerinə keyfiyyətsiz ət gətirmələri də istisna olunmur. Əlbəttə, bu mənim ehtimalımdır... İndi səbirsizliklə səhərin açılmasını gözləyirəm. Görək anbardarın cavabı nə olacaq?!"

Bu gün baxçaya yollanan jurnalist deyilənlərin şahidi olub.

"115 saylı bağçada uşaqlara verilən xamanın martın 20-də istifadə müddəti bitib. Bu gün aşbaz onu xörəyə istifadə etməkdən imtina edib. Anbara girib ətə də baxdım. Bir soyuducuda təzə ətdir, bir soyuducuda köhnə. Rəngi qapqaradır. Anbardara deyirəm bunu niyə verirsiz uşaqlara? Deyir, qalığımdır daa. Deyirəm qalıqları məhz uşaqlara verməlisiz? Təzəni ver də! Nə isə. Deməli, bağçaları Təhsil Nazirliyindən alıb Bakı Şəhər İcra Hakimiyyətinə vermək heç nəyi dəyişmədi! Gərək özümüzü dəyişək. Oğru əlimizi, oğru nəfsimizi, vicdanımızı dəyişək!"

Mövzunu davam etdirəcəyik.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar