«Uşaq Aləmi» cəzalandırıldı
19.03.2015 662 0.0 0

Qazeta.info İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla bildirir ki , İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  tərəfindən istehlak bazarında aparılam nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən "Uşaq Aləmi" MMC-yə məxsus uşaq geyimləri mağazasında malların nəzarət kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilmişdir.
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar