Uşağınızı dərmansız sağaltmağın 10 yolu
05.11.2015 837 0.0 0

Öskürək, burun tıxanması, qızdırma, ürəkbulanma, diş çıxarma, həşarat dişləməsi,qəbzlik, qaz sancısı kimi sağlamlıq problemləri həm uşaqlar, həm də analar üçün cansıxıcı bir hal ala bilir.

Qazeta.info qadinklubu.com-a istinadla bildirir ki, uşaqların hər bir problemində ilk ağlımıza gələn çarə dərman olmamalıdır. İlk əvvəl başqa təbii üsulları sınamaqda fayda var. Bəzən soğan, zəncəfil, limon, bal, ərik kimi təbii vasitələr uşaq xəstəliklərinə düşündüyünüzdən də daha yaxşı müalicə edir. Uşağınızda qaz, qızdırma, ağrı kimi problemlər ilə rastlaşdığınızda dərmandan istifadə etməmişdən əvvəl təbii üsullarla sağaltmağa çalışın. Qadınklubu.com bu tipli təbii üsulların bir neçəsi ilə sizi tanış edir.

Qızdırmanı düşürmək üçün limonlu su

Uşağınız temperature yüksəlibsə dərman içirmək əvəzinə soyuq suya bir limonu dilimləyin və dəsmal ilə həmin qarışımı uşağınızın bədəninə çəkin. Uşağınıza şok təsiri bəxş etməməsi üçün suyun temperaturunun çox soyuq olmamasına diqqət edin. Limonun təravətləndirici xüsusiyyəti sərin su ilə birləşdiyində temperaturu aşağı salır.

Burun tutulmasına qarşı soğan

Uşağınızın burnu tutulduğunda burun açıcı spreylərin əvəzinə soğanın nəfəs açma xüsusiyyətindən yaralana bilərsiniz. Bir qaba soğan dilimləyin və bu qabı uşağın yatağının yaxınlığına qoyun. Soğanın kəskin qoxusu uşağın burun tutulmasını aradan qaldıracaq.

Nəqliyyatda ürəkbulanmasına qarşı zəncəfilli çay

Əgər uşağınızı maşın tutursa , nəqliyyata minməmişdən əvvəl ona zəncəfilli çay içirin. Zəncəfilin faydalarından yararlanaraq uşağınızın mədəsindəki sıxılmaları azalda bilərsiniz. 100ml suya 1 çay qaşığı rəndələnmiş təzə zəncəfil töküb dəmləyin və dadlı olması üçün biraz bal əlavə edin. Çayı yola çıxmamışdan yarım saat əvvəl uşağınıza içirin.

Diş çıxarmaq mərhələsində çobanyastığı çayı

Uşaqlarda diş çıxarmaq mərhələsi onların ən stresli vaxtlarıdır. Uşaqların diş çıxarma mərhələsindəki sıxıntılarını azaltmaq üçün bir qabda ilıq çobanyastığı çayı qoyun.Təbii sabunla yuyulmuş və yaxçıca durulanmış dəsmalı həmin çayda isladın. Daha sonra həmin dəsmalı çeynəməsi-damağına sürtməsi üçün ona verin. Çobanyastığı çayı diş ətindəki gərginliyi azaldır və qaşıntının azalmasına səbəb olur.

Böcək və ağcaqanad sancmalarına qarşı karbonat

Həşərat və ağcaqanad dişləmələrinə qarşı karbonat istifadə edin. Uşağınızı həşarat və ya ağcaqanad sancıbsa, 1 çay qaşığı karbonat və iki şirniyyat qaşığı su istifadə edərək bir məcun hazırlayın və həşarat sancmasının üzərinə çəkin. Bu üsul qaşıntını azaltmaq üçün ən yaxşı vasitədir.

Uşaq sızanaqları üçün ana sütü

Ana sütünün faydaları saymaqla bitməz. Uşağınızın üzündə əmələ gəlmiş sızanaqları yox etmək üçün gündə 3-4 dəfə öz sütünüzdən uşağınızın üzünə çəkin. Bu üsul uşağınızın üzündəki sızanaqların azalmasına kömək olacaq.

Öskürək üçün zəncəfil və bal

Bir yaşdan böyük uşaqlarda öskürmə başladığında o dəqiqə öskürək siroplarına müraciət etmək yerinə bal və zəncəfili qarışdırırb bir çay qaşığı uşağınıza verin. Zəncəfil və bal öskürəyin azalmasını və boğazın yumşalmasını təmin edir.

Ağrılar üçün isidilmiş düyü

Ağrılar üçün uşağınıza ağrıkəsici vermək yerinə bir corabın yə da kisənin içinə duyu töküb sobada çox da isinməməsinə diqət edərək qızdırın. Daha sonra ilıq düyü kisəsini uşağınızın ağrıyan nahiyyəsinə qoyun. Düyü soyuduqdan sonra təkrar qızdırıb presudura davam edə bilərsiniz.

Qəbizlik əleyhinə gavalı kompotu

Uşaqlarda qəbzlik tez-tez rast gıəlinən problemlərdəndir. Bu problemi həll etmək üçün uşağınıza dərman vermək yerinə gavalı kompotu içirin. Gün ərzində uşağınıza ən çox iki qaşıq gavalı kompotu verməklə qəbzlik problemini həll etmiş olursunuz.

Qaz üçün cirə

Uşağınızda əmələ gələn qaz ağrılarını azaltmaq üçün qaynadılmış suya yarım çay qaşığı cirə əlavə edib 5 dəqiqə qaynadın. Soyuduqdan sonra bu qarışımı uşağınııza içirin. Cirəli su uşağınızın qaz ağrısını azaldacaqdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar