Uşağın başını kəsən dayədən yeni xəbər
03.03.2016 737 0
Moskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova 2002-ci ildə psixiatrik xəstəxanada müalicə alıb. Məlumata görə, bu barədə bu barədə Bahrəddin Turayev “Gazeta.ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bobokulova o zaman səslər eşitməyə, qəribə sözlər tələffüz etməyə başlayıb və xeyli aqressiv olmuşdur. Bundan sonra qadın xəstəxanada bir neçə gün müalicə alıb, lakin sonradan simptomlar təkrarlandıqda, yenidən xəstəxanaya yerləşdirilib.
Bahrəddin Turayev həmçinin qeyd edib ki, qızı heç vaxt məscidlərə getməyib, hicab geyinməyib və Quran oxumayıb.
Atasının sözlərinə görə, Bobokulova əvvəllər heç vaxt dayə işləməyib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər