Ürəyi xəstə olanlar OXUSUN!
03.03.2017 924 0.0 0

İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.

Məlumata görə, “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir.

Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi "health.mail.ru" saytına bildirib ki, cihazın istifadəsinə gələn il başlanılacaq və bundan sonra ürək nəqlinə ehtiyac olmayacaq. Onun sözlərinə görə, “bionik ürək” tamamilə təhlükəsizdir və heç bir riski yoxdur.

Professor diqqətə çatdırıb ki, gələn il İngiltərədə 30 nəfər yaşlı insanın və 30 uşağın “bionik ürək”dən istifadə edəcəyi nəzərdə tutulub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar