Ürəyi ağıza gətirən zarafat (VİDEO)
08.05.2015 990 0.0 0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) özünü iki hissəyə bölən adam ("splitman") kimi tanınan məşhur sehraz bu dəfə də hamını heyrətləndirib. 

Məlumata görə, amerikalı məşhur sehrbaz və komedik aktyor Endi Qross yeni zarafatyana sehrini binaların birindəki liftdə həyata keçirib. 

Daha çox küçədə insanların qarşısına çıxan “ikiyə bölünən adam” yeni şousu ilə çox sayda insanın zövqünü oxşamağı bacarıb. Liftə bədəninin beldən aşağı hissəsini əlinə alaraq gəzən sehrbazı görən bina sakinləri qorxu və panika içərisində qışqırmağa, liftdən qaçmağa çalışıblar. 

Onu görən azyaşlı uşaq isə hadisənin təsirindən göz yaşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, Endi Qrosun son videosu 20 gün içərisində bir milyondan çox baxış sayı toplayıb/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar