1. Statistikaya görə, ürək tutmaları və infarkt daha tez-tez bazar ertəsi saat 7.00-10.00 radələrində baş verir.
2. Ürək bir çoxları fikirləşdiyi kimi döş qəfəsinin sol tərəfində deyil, demək olar ki, ortasında yerləşir.
3. Ürəyin ölçüsü təxminən yumruq boydadır.
4. Qadınlarda kişilərlə müqayisədə nəbzin tezliyi daha çoxdur.
5. Gülüş ürəyin sağlamlığı üçün çox faydalıdır.
6. Araşdırmalar göstərir ki, hər gün açıq havada ən azı 30 dəqiqə gəzmək ürək xəstəliklərinin və infarktın riskini bir neçə dəfə azaldır.
7. Ürəyin əsas 3 düşməni - piylənmə, şəkər və stresdir
8. Saçların erkən ağarması ürək xəstəliklərinə işarə edə bilər.
9. 1-ci qan qrupu olan insanlarda ürək-damar sistemi xəstəliklərinin riski digər qruplarla müqayisədə daha azdır.
10. Hər gün içdiyimiz adi qara çay ürək üçün ən faydalı içkilərdən biri sayılır./Saglamolun.az/