UORLİKİN CAVABI VERİLDİ
23.01.2015 1147 0.0 0

Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinə müraciət edir ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər.

Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı müraciətə öz "twitter" ünvanında cavabında bildirib.

H.Hacıyev yazıb: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar