Unudulan Novruz adətləri - VİDEO
17.03.2015 703 0.0 0

Bu gün sonuncu çərşənbə - Torpaq çərşənbəsidir. Bayramı böyük coşqu ilə qarşılayan insanlar belə bir gündə ocaq başına toplaşır, yumurta döyüşdürür, Kosa ilə Keçəlin məzəli zarafatlarından zövq alırlar. Ümumiyyətlə, Novruza xas adət-ənənələri saymaqla qurtarmaq olmaz.

Kanal S (Region TV) xəbər verir ki, günümüzdə bu adətlərdən bəziləri unudulub, tarixə qovuşub. Vaxtilə cavan qızlar bir yerə toplaşar, üzükləri su üzərində yelləməklə niyyət edərdilər. Yatmazdan öncə şamı güzgüyə yaxınlaşdırar, arzu tutardılar. Hələ yaxın keçmişdə bu kimi adətlər İlaxır çərşənbələrində insanların yerinə yetirdikləri ayinlərdəndir. Hansı ki, müasir dövrdə bir çoxları bunlardan bixəbərdir. 

Eləcə də “vurma-vurma” və bu kimi maraqlı adətlər xalqımızın zəngin mədəniyyətinin göstəricisidir. Ənənəyə görə, bayram axşamı hamı evdə olmalı idi. Belə bir inanc var idi ki, əgər bayram günündə öz evində olmasan, yeddi il evdə olmayacaqsan. Keçmişdə ilaxır günlərində bir qayda olaraq həyətin qapısı bağlanmazdı. Gecə boyu şamlar söndürülməzdi. Çünki sönmüş od bədbəxtlik əlaməti sayılırdı. Növbəti gün isə cavanlar evdən ərzaq götürüb meşəyə gedərdilər. 

Novruz bayramı öz ənənələrinin zənginliyi baxımından digər bayramlardan seçilir. Bu ənənələri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur. İlaxır çərşənbəsi arzularınızın reallaşmasının başlanğıcı olsun! Bayramınız mübarək!/Milli.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar