Universitetinin sabiq baş mühasibi İnterpol xətti ilə axtarışa verilib
17.02.2016 556 0.0 0

Azərbaycanda daha bir şəxs beynəlxalq axtarışa verilib.
İnterpolun saytına istinadən verilən məlumata görə, 1957-ci il təvəllüdlü Amil Mirzəyev mənimsəmə, israf etmə və vəzifə saxtakarlığında ittiham olunur.
 
Azərbaycan hüquq-mühafizə orqanları A. Mirzəyev barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
 
Məlumata görə, A. Mirəzyev Azərbaycan Texnologiya Universitetinin keçmiş baş mühasibi olub. O, 2015-ci ildə Maliyyə Nazirliyi tərəfindən universitetdə aşkar edilən mənimsəmə cinayətində təqsirləndirilir.
 
Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə yaydığı məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Azərbaycan Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi işləri yoxlanılıb. Azərbaycan Texnologiya Universitetində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar