Ülkəri döyməkdə təqsirli bilinən qardaşların anası danışdı
18.03.2015 743 0.0 0
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən qardaşların anası Gülnarə Məmmədova oğlunun həbsinə münasibət bildirib.

 

Məlumata görə, Gülnarə Məmmədova jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə prosesi qapalı keçirilib: ”Məndə olan məlumata görə, Zauru həbs ediblər, Elin isə azadlığa buraxılıb. Nəyə görə, bilmirəm? Güman edirəm ki, Zauru buraxacaqlar. Onlar sərbəst adamlardır. Hesab edirəm ki, onların şəxsi işi və həyatı ilə maraqlanmaq düzgün deyil. Kadrlardan göründüyü kimi, orada kənar şəxs çoxdur. Oğlum tanıdığı qızı ayırmağa çalışır. Oğlanlarımın atasının kriminal avtoritet olması barədə yazılanlar isə yalandır”.

 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

 

Məlumata görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

 

Xatırladaq  ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

 

Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar