Ukraynanın Müdafiə Nazirliyi və bank saytları haker hücumuna məruz qalıb
15.02.2022 299 0.0 0


Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin internet saytları, həmçinin "PrivatBank" və "Oşadbank"ın internet resursları fevralın 15-də haker hücumuna məruz qalıb.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə ölkənin Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, "Müdafiə Nazirliyinin və Ukrayna Silahlı Qüvvələrinin saytlarına hücum edilib. "

Bundan başqa, Privat24 tətbiqinin istifadəçiləri xidmətdə problemlər barədə məlumat veriblər. Bankdan bildirilib ki, əmanətçilərin vəsaitləri üçün heç bir təhlükə yoxdur. 

Məlumata görə, "Oşadbank"ın işində də uğursuzluqlar qeydə alınıb və internet bankçılıq işləmir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar