Ukraynanın cənubundakı Zaporojye nüvə elektrik stansiyasında qəza baş verib.
Qazeta.info Anadolu Agentliyinə istinadən bildirir ki, Ukraynanın cənubundakı Zaporojye nüvə elektrik stansiyasında meydana gələn qəza səbəbi ilə stansiyanın 3 nömrəli blokunun işləmədiyi bildirilib.
Baş nazir Arseniy Yatsenyuk, Nazirlər Kabinetinin bu gün keçirdiyi konfransında, nüvə stansiyasında qəza meydana gəldiyini təsdiqləyib. Yatsenyuk, Enerji və Kömür Sənaye naziri Vladimir Demçişindən stansiyada meydana gələn qazanın nəticələrinin ən qısa zamanda aradan qaldırılması və ölkədə elektrik kəsintilərinin sona çatdırılması istiqamətidə tədbirlərə bağlı hesabat verməsi tələb olunduğun bildirib.
Ukrayna Enerji və Kömür Sənaye Nazirliyindən verilən açıqlamada da qazanın səbəbləri və yol açdığı çətinliklər tam olaraq təsbit edilənə qədər qəza ilə bağlı hər hansı bir açıqlama olunmayacağı bəyan edilib.
Açıqlamada, nüvə stansiyanın 1000 meqavat tutumlu 3-cü blokunun 5 dekabrda təkrar fəaliyyətə başlamasını planlaşdıeıldığı açıqlanıb. Nazirlik açıqlamasında, ölkədəki elektrik kəsilməsinin Zaporojye nüvə stansiyasının 3. blokunun təmir olmasından və ölkədəki istilik stansiyalarında kömür əskikliyindən qaynaqlandığı bildirildi.
Zaporojye nüvə stansiyasının tabe olduğu Odessa Enerji Təşkilatından verilən açıqlamada da bir blokun çalışmamasından ötəri Ukrayna enerji sistemində elektrik kesintilerinin meydana gəldiyi vurğulanıb.