Ukraynada Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub
16.01.2018 863 4.0 0

Ukraynada Azərbaycan diasporunun üzvünü oğurlayan şəxslər tutulub.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev Trend-ə bildirib ki, 2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Ş.Qocayev deyib ki, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz effektini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.

O əlavə edib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında birgə müvafiq işlər görülüb: "Səfirlik tərəfindən Ukraynanın Prezident Aparatına, Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib".

H.Abdullayevin oğlu Coşqun atasının azad olunmasında göstərdiyi köməkliyə görə, Azərbaycan hökumətinə, ölkəmizin Ukraynadakı səfirliyinə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar