Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Pyotr Poroşenkoarasında telefon danışığı olub. Məlumata görə, bu barədə "Zerkalo nedeli" nəşrinə Ukrayna prezidenti Administrasiyasından bildirilib.
“Ukrayna prezidenti rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Danışıq zamanı ukraynalı girovların azad edilməsi prosesinin fəallaşdırılması, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsi müzakirə edilib. Həmçinin Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə fevralın 16-da keçiriləcək görüşünün gündəliyi müzakirə olunub”, - deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib.
Ukrayna prezidenti Administrasiyasından bildirilib ki, telefon danışığı Normand formatı üzrə tərəfdarlarla əlaqələndirilib./apa/