Ukrayna Xarici İşlər Nazirliyi Rusiya konsulluğuna etiraz notası göndərib.
Məlumata görə, bu haqda “Ukraynskaya Pravda” xəbər yayıb.
Ukrayna Xarici İşlər Nazirliyi Rusiya konsulunu çağıraraq ona Rusiyada iki Ukrayna vətəndaşının qanunsuz saxlanması ilə əlaqədar etiraz notası verib.
Bildirilir ki, Ukrayna hakimiyyəti Rusiya tərəfinin Ukrayna vətəndaşları Nikolay Karpyuka və Stanislav Klixanın hüquqlarının pozması ilə əlaqədar qətiyyətli etirazını ifadə edir.
Bundan əvvəl Ukrayna XİN informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis Rusiya istintaq təcridxanalarında onlarla ukraynalı siyasi dustaqların olduğunu bildirib.
Onun sözlərinə görə, Kiyev məhbusların azad olunması üzrə hər cür səy göstərir, ancaq Rusiya tərəfindən müsbət reaksiyaya demək olar ki yoxdur./anspress/