RİA "Novosti” agentilyinə istinadən verilən xəbərə görə, bu barədə Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkilinin bəyanatında deyilir.
“Qazaxıstanın “Məktəb” nəşriyyatı tərəfindən orta məktəblər üçün buraxılan dərsliklərdə Krım Muxtar Respublikası Rusiyanın tərkib hissəsi olaraq göstərilib. Bununla bağlı Ukrayna səfirliyi Qazaxıstan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib", - deyə bəyanatda bildirilir.
Diplomatın özlərinə görə, bu, dəfələrlə Ukraynanı ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Qazaxıstan hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir: “Ukrayna tərəfi Qazaxıstanın Təhsil və Elm Nazirliyinə müraciət edərək, adıçəkilən dərsliklərin orta məktəblərdən dərhal yığışdırılmasını da istəyib”.
Qeyd edək ki, Ukraynada baş qaldıran iğtişaşlar fonunda Krım Muxtar Respublikasında 2014-cü ilin martında qondarma referendum keçirilib. Qondarma referendumun yekunlarına görə, Krım Rusiyanın bölgələrindən biri statusunu alıb. Lakin beynəlxalq ictimaiyyət və Ukrayna bu referendumun nəticələrini tanımır.