UKRAYNA PREZİDENTİ MERKEL-OLAND PLANINI QƏBUL EDİB
07.02.2015 869 0
Ukrayna prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Donbass münaqişəsinin sülh yolu ilə həllinə dair təklif etdikləri planı bəyəndiyini bildirib.
Xəbərə görə, P. Poroşenko Münhendə “Reuters” agentliyinə açıqlamasında deyib ki, bu plan işləyə bilər. Onun fikrincə, Almaniya-Fransa planı Avropada təhlükəsizliyə nail olmağa imkan yaradacaq.
Qeyd edək ki, Merkel və Olland fevralın 5-də Kiyevdə Poroşenko ilə danışıqlar apardıqdan bir gün sonra Moskvaya uçaraq Rusiya prezidenti Putinlə görüşüblər. Danışıqlarda Ukraynadakı böhranın həllinə dair birgə sənəd hazırlanması barədə razılığa gəlinib. Bazar günü tərəflər telefonla yekun məsləhətləşmə aparacaq. //APA
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər