Ukrayna hərbi prokuroru silah anbarındakı partlayışın səbəbini açıqlayıb
23.03.2017 603 0
Xarkov vilayətindəki silah-sursat anbarında partlayış və yanğın təxribat nəticəsində baş verib.
Məlumata görə, bunu Ukraynanın hərbi prokuroru Anatoli Matios deyib.
O, özünün “Facebook” səhifəsində yazıb ki, hadisənin araşdırılması üçün müdafiə nazirinin müavininin rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.
Qeyd edək ki, partlayışın baş verdiyi silah anbarının ərazisi 368 hektar təşkil edir. Burada 138 min ton silah-sursat saxlanılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər