"Ukraynanın Milli Olimpiya Komitəsi Bakıda Ukrayna və Rusiya idmançıları arasında dava düşdüyü barədə məlumatları təkzib edir".
Məlumata görə, bu barədə Ukrayna MOK-un yaydığı rəsmi bəyanatda qeyd edilir. Bəyanatda deyilir: "Bakıda Ukrayna idmançılarının iştirakıyla dava baş verdiyi ilə bağlı yayılmış informasiya həqiqətə uyğun deyil".
Həmçinin Ukrayna Milli Olimpiya Komitəsindən vurğulayırlar ki, Avropa Oyunlarının Təşkilat Komitəsinin, Ukraynanın Azərbaycandakı Səfirliyi və Azərbaycanın təhlükəsizlik orqanları belə bir hadisəni qeydə almayıblar.
Xatırladaq ki, ötən gün yerli KİV-də Rusiya və Ukrayna idmançıları arasında dava düşdüyü iddia olunurdu. Yayılan məlumatlara görə, dava paytaxtın mərkəzi hissəsində baş verib. İnformasiyaya əsasən, Ukrayna və Rusiya idmançıları arasında əvvəlcə şifahi mübahisə olub. Sonradan bu gərgin mübahisə davaya çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsindən sonra davanı ayırmaq mümkün olub./anspress/