Ukrayna Ali Radasından azərbaycanlı iş adamlarına çağırış-Foto
28.04.2015 715 0.0 0

Ukrayna Ali radasının Donbas bölgəsindən seçilən deputatı, “Donbas” xeyriyyə Fondunun rəhbəri Nataliya Veselova Azərbaycandan olan iş adamlarını ölkənin yenidən qurulmasına sərmayə qoymağa çağırıb.

Ukrayna Millətlər Assambleyasından (UMA) verilən məlumata görə, N. Veselova bunu bu gün Kiyevdə keçirilən beynəlxalq İqtisadi Forum çərçivəsində bildirib.
 
Deputat Forum iştirakçısı olan Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev ilə görüşü zamanı onu da bildirib ki, münaqişələr nəticəsində ölkənin dağıdılmış bölgələrində bərpa və yenidənqurma işləri, sənayenin inkişafı sahəsində Azərbaycanın iştirakında Ukrayna maraqlıdır. O Donbas adından R. Tağıyevdən azərbaycanlı iş adamlarının bu sahədə əməkdaşlığının qurulmasını xahiş edib.
 
Beynəlxalq ekspertlərin, o cümlədən Ukrayna prezidenti Pyotr Poroşenko və baş naziri Arseniy Yatsenyukun da iştirak etdiyi forumda R. Tağıyev bir sıra görüşlər keçirərək Ukrayna iqtisadiyyatında azərbaycanlı iş adamlarının yer alması ilə bağlı müzakirələr aparıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar