Ukrayna 11 Aİ ölkəsi ilə silah tədarükünə dair müqavilə imzalayıb
14.03.2015 696 0.0 0

Rəsmi Kiyev 11 Avropa İttifaqı ölkəsi ilə silah tədarükünə dair müqavilə imzalayıb.

 UNN agentliyinə istinadən verilən xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko “1+1” telekanalının efirində bəyan edib.

P.Poroşenko həmçinin qeyd edib ki, ATƏT Donbasda tam şəkildə öz missiyasını yerinə yetirə bilmir. “Buna baxmayaraq, biz münaqişə zonasına sülhməramlı qüvvələrin yeridilməsini Minsk prosesinə alternativ kimi qiymətləndirmirik”, deyə P.Poroşenko bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar