Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə başlayıb
Bu gün faşist Almaniyasının rəhbəri Adolf Hitlerin Barbarossa əməliyyatını təsdiq etməsinin ildönümüdür. Qazeta.info Sputnik Azərbaycan -a istinadla xəbər verir ki, Hitler 1940-cı il dekabrın 19-da əməliyyatın həyata keçirilməsini təsdiq edib.
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm.Blitzkrieg) planıdır. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülüb.
Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 19 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilib. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.
Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdu. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu.