ÜÇÜNCÜ DÜNYA SAVAŞI ÇOXDAN BAŞLAYIB,AMMA BAŞQA FORMADA
30.12.2014 812 0.0 0

3. Dünya müharibəsi çoxdan başladı!
 

Lakin bu döyüş bizim bildiyimizdən bir az daha fərqlidir!
 

Almaniyada baş nazirliyə aid kompüterlərdə 'Regi' adlı casus proqram tapıldı. 

Baş Nazirlikdə bir neçə həftə əvvəl müəyyən olunan casus proqramın Amerikalı və İngilis təhlükəsizlik qüvvələri tərəfindən yerləşdirildiyi iddia olunur.
 

Bild qəzetinin xəbərinə görə, Baş Nazirlikdə Avropa Bölməsi şeflərindən biri, bir faylı özünə aid yaddaş kartına yükləyib evinə aparıb. 

Evindəki şəxsi kompüterində fayl üzərində əməliyyat edən xanım işçi, faylı təkrar Baş Nazirlikdə kompüterə yükləyir.

Baş nazirliyi informasiya sistemindəki virus görən xanım Regi virusunu tapıb həyəcanlanır .Sonra isə Baş Nazirlikdə bütün kompüterlər virus yoxlamasından keçirilir və başqa bir kompüterdə Regi virusunu təsbit olunmur.

 

Xatırladaq ki, yerləşdiyi kompüterdə uzun müddət gizli qala bilən Regi virusu, kompüterlərdəki gizli kodları oğurlaya bilir, informasiya hərəkətini idarə edə bilir və silinmiş faylları yenidən aktiv hala gətirə bilir.
"Regi" dövlətlərdən, firmalardan və tədqiqat institutlarında məlumat oğurlamaq üçün istifadə edilir.
Mütəxəssislər, Rusiya və Səudiyyə Ərəbistanı başda olmaq üzrə bir sıra ölkəni uzun illərdir gözləyən yeni bir siber casusluq virusu ortaya çıxarıb. 

'Regi' adı verilən bu casus proqram bir çoxlarını inkişaf etmiş xüsusiyyətləri ilə çaşdırır.
İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssis Symantec şirkəti tərəfindən verilən  açıqlamaya görə "Regi" ekran görüntülerini əldə edir, kompüter avadanlığının bəzi hissələrinə uzaqdan əmr edilməsini təmin edir. Şifrələri oğurlayır casusluq proqram, sızdığı sistemlərdəki ağ və informasiya xəttini izləyir, silinmiş məlumatları yenidən meydana gətirir.

Əldə etdiyi məlumatları şifrələyib "sahibinə" göndərən "Regi" in bir çox xüsusiyyətinin hələ naməlum olduğu bildirilir. 

"Regi" in 2008 - 2011 illər arasında aktiv olduğu, 2013-ci ildə yeni bir əvəzedicisinin dövrəyə soxulduğu təyin olunub. "Regi" in hədəfləri arasında cəmiyyət təşkilatları, özəl şirkətlər, araşdırma institutları və xüsusi şəxslər var. Telekommunikasiya və internet xidmət təşkili ilə məşqul olan şəbəkələr, casus proqramın sızdığı sistemlərin önündə  gəlir. 

Mütəxəssislər, "Regi" in telekommunikasiya şəbəkələri üzərindən istifadəçilərin danışıqlarını dinlədiyi ehtimalı üzərində dayanır.
Proqramın bulaşdığı kompüter şəbəkələrinin başında yüzdə 28-lə Rusiya gəlir. Rusiyanı yüzdə 24-lə Səudiyyə Ərəbistanı izləyir. Almaniya, Meksika, İrlandiya, Hindistan, Əfqanıstan, İran, Belçika, Avstriya və Pakistan siyahıda yer alan digər ölkələrdəndir.

Xatırladaq ki, yaşadığımız zəmanədə siber müharibələr,   tez-tez rast gəməyə başlamışıq. Demək olar ki savaşlar artıq formasını dəyişdirməyə başlayıb. Əvvəllər tankla, topla edilən döyüşlərin indiki dövürdə kompüter və internet ilə həyata keçirilir.


Teqlər:ÜÇÜNCÜ DÜNYA SAVAŞI ÇOXDAN BAŞLAYIB, AMMA BAŞQA FORMADA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar