Üçmərtəbəli «uçan saray » (FOTOLAR)
08.04.2015 714 0.0 0

ABŞ-a məxsus "Boeing" firmasının istehsalı olan "Boeing 747-8"in lüks şəraiti və qiyməti dodaq uçuqladır.

Məlumata görə, təyyarə 2012-ci ildə istehsal olunub. İndi isə yenidən dizayn edilib. İlkin qiyməti təxminən 367 milyon dollar olan təyyarənin yenidən dizayn edildikdən sonrakı təxmini qiyməti 580 milyon dollardır. Adi formada 450 sərnişin daşıya bilən təyyarə indi bir sahibinə xidmət edəcək. 

Gövdəsinin eni 6,1 metr, uzunluğu 76 metr olan "Boeing 747-8"in kabinəsi 445 kvadrat metrdir. 3 mərtəbəli və içərisində lifti olan "uçan saray"da geniş toplantı otağı, 14 qonaqlıq yemək salonu, kresloları, televizoru və hər cür şəraiti olan iki istirahət otağı var. 1195 kilometr/saat sürətlə uça bilən təyyarənin uzun səyahətlər üçün nəzərdə tutulan iş otağı, hamamı da olan bir yataq otağı və geniş salonu da var./anspress/

 

 

 

 

 

 

 

 

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar