Üçəmlərin maraqlı toy şənliyi-FOTOLAR
02.04.2015 662 0
Üçəm bacılar bir gündə ərə getdilər. Məlumata görə, Braziliyada qeyri-adi toy mərasimi baş tutub.
Doğulduqları gündən bu yana hər şeyi bərabər edən bacılar xoş günlərində də ayrılmayıblar. Tək yumurta üçəmi olan qızların 29 yaşı olub.
Rafaela, Roçele və Taqiana Bini toy günü ancaq bir detalı fərqli olan eyni gəlinlik geyiniblər. Saç və makiyajları da eyni olub. Gəlinlər fərqli olmağa çalışdıqlarını lakin həmişə eyni şeyləri bəyənib etdiklərini deyib.
Rafael, Qabriel və Eduardo adlı bəylər ilk zamanlar nişanlılarını ayırmaqda belə çətinlik çəkdiklərini deyiblər. Amma toy günü belə bir problem yaşanmayıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər