Tütündən istifadə ilə bağlı müalicə dövlət hesabına aparılacaq
14.04.2017 725 0.0 0

Azərbaycanda tütündən (siqaret) istifadənin fəsadları ilə əlaqədar müalicə dövlət büdcəsi hesabına həyata keçiriləcək.

 

Məlumata görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanun layihəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tütün çəkilməsinin profilaktikası, tərgidilməsi, müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirməlidir. Dövlət tibb müəssisələrində müalicə tədbirləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir.

 

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar