TÜTÜN VƏ SPİRTLİ İÇKİ MƏHSULLARININ QİYMƏTİ ARTDI
02.02.2015 1119 0.0 0

Azərbaycanda spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq. Fins.az-ın məlumatına görə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan  malların  aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsulları üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.

Beləliklə, qərara əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi  indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə  aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəəyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib. 

Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20% artaraq 6 dollar (və ya 4,8 manatdan) 6 manata qaldırılıb.

Aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.

Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəf bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə, 1 dollardan 24 manata qaldırılıb.

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri (Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2015-ci il 29 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilib)//Fins.az

Aksizli malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturuna uyğun kodları

Mal mövqelərinin adları

Aksiz dərəcələri

İndiyədək

Bundan sonra

1

2

3

 

2207 10 000 0

Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az olmayan spirt konsentrasiyası ilə

1 litr üçün 1,0 ABŞ dolları

1 litr üçün 2,0 manat

2208 90 910 0; 
2208 90 990 0

Həcm %-i 80-dən az konsentrasiyalı denaturatlaşdırılmamış etil spirti

1 litr üçün 1,0 ABŞ dolları

1 litr üçün 2,0 manat

2203 00

Səməni pivəsi

1 litr üçün 1,0 ABŞ dolları*

1 litr üçün 1,0 manat

2204 30 100 0

Qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları

1 litr üçün 0,05 ABŞ dolları

1 litr üçün 0,1 manat

 

2204;
(2204 30 100 0 — istisna olmaqla)

Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu

1 litr üçün 2,5 ABŞ dolları *

1 litr üçün 2,0 manat

2204 10 110 0

şampan şərabı

-------

1 litr üçün 2,5 manat

2205

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

1 litr üçün 2,5 ABŞ dolları *

1 litr üçün 2,0 manat

2206 00

Digər qıcqırdılmış içkilər (alma sidri, perri (annud sidri), bal içkisi); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış

1 litr üçün 2,5 ABŞ dolları *

1 litr üçün 2,0 manat

2208 20

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi və ya üzümün sıxılması nəticəsində alınan spirtli tinkturalar (nastoykalar)

1 litr üçün 6,0 ABŞ dolları

1 litr üçün 6,0 manat

2208 30

Viskilər

1 litr üçün 6,0 ABŞ dolları *

1 litr üçün 6,0 manat

220840

Rom və taffiya

1 litr üçün 6,0 ABŞ dolları *

1 litr üçün 6,0 manat

2208 50

Cin və ardıc arağı

1 litr üçün 6,0 ABŞ dolları *

1 litr üçün 6,0 manat

2208 60

Araq (vodka)

1 litr üçün 6,0 ABŞ dolları *

1 litr üçün 6,0 manat

2208 70

Likörlər

1 litr üçün 6,0 ABŞ dolları*

1 litr üçün 6,0 manat

2208 90 110 0 — 
2208 90 780 0

Başqa spirtli tinkturası (nastoyka, araq) və başqa meyvələrdən çəkilən spirtli içkilər

1 litr üçün 6,0 ABŞ dolları *

-------

2402

Siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri

1000 ədəd üçün 1,8 ABŞ dolları

----

2402 20

tərkibində tütün olan siqaretlər

------

1000 ədəd üçün 4,0 manat

2402 90 000 0

digər siqaretlər və siqarillalar

-------

1000 ədəd üçün 4,0 manat

2710 11 110 0

Emalın spesifik prosesləri üçün yüngül destilyatlar və məhsullar

1 ton üçün 100 ABŞ dolları

1 ton üçün 80 manat

2710 11 410 0

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə

1 ton üçün 250 ABŞ dolları

1 ton üçün 200 manat

2710 11 450 0

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan; 95 və ya daha çox, lakin 98-dən az oktan ədədi ilə

1 ton üçün 250 ABŞ dolları

1 ton üçün 80 manat

2710 11 490 0

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə

1 ton üçün 250 ABŞ dolları

1 ton üçün 120 manat

2710 11 510 0

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədi ilə

1 ton üçün 250 ABŞ dolları

-----

2710 12 510 1

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

------

1 ton üçün 200 manat

2710 11 590 0

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya daha çox oktan ədədi ilə

1 ton üçün 250 ABŞ dolları

1 ton üçün 120 manat

2710 19 110 0

Orta destilyatlar, emalın spesifik prosesləri üçün

1 ton üçün 100 ABŞ dolları

1 ton üçün 80 manat

2710 19 210 0;
2710 19 250 0;
2710 19 290 0

Emalın spesifik prosesləri üçün nəzərdə tutulmayan kerosindən alınmış reaktiv yanacaq və digər orta destilyatlar

1 ton üçün 100 ABŞ dolları

1 ton üçün 80 manat

2710 19 310 0 —
2710 19 490 0

Ağır destilyatlar; qazoyllar (dizel yanacağı)

1 ton üçün 100 ABŞ dolları

1 ton üçün 80 manat

2710 11 150 0

Yüngül destilyatlar və məhsullar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 11 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 11 210 0

Xüsusi benzinlər; uayt-spirit

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 11 250 0

Digər xüsusi benzinlər

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 11 310 0

Aviasiya benzinləri

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 11 700 0

Reaktiv benzin yanacağı

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 11 900 0

Digər yüngül destilyatlar

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 150 0

Orta destilyatlar, proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 510 0 — 
2710 19 690 0;

Maye yanacaq

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 710 0

Sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 750 0

Sürtkü yağları və digər yağlar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 830 0

Hidravlik məqsədlər üçün mayelər

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 850 0

Şəffaf yağlar, vazelin yağı

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 870 0

Dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 910 0

Metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 990 0

Digər sürtkü yağları və digər yağlar

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2710 19 810 0

Mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı

1 ton üçün 60 ABŞ dolları

------

2710 19 930 0

Elektrik izolyasiya yağları

1 ton üçün 60 ABŞ dolları

1 ton üçün 50 manat

2712 10

Neft vazelini

1 ton üçün 10 ABŞ dolları

1 ton üçün 10,0 manat

2713

Neft koksu, neft bitumu və neftin və məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar

1 ton üçün 1,0 ABŞ dolları (*)

1 ton üçün 24 manat

2714

Təbii bitum və asfalt; bitumlu şistlər və ya şist yağları və bitumlu qumlar; asfaltitlər və asfalt süxurları

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

2715 00 000 0

Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların pekası əsasında bitumlu qarışıqlar (məsələn, bitumlu mastika, yol asfalt örtükləri)

1 ton üçün 1,0 ABŞ dolları

1 ton üçün 1,0 manat

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar