Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir
20.11.2019 465 0.0 0

Avropa İttifaqı genişlənmə siyasəti ətrafında birliyi bərpa etmək üçün səy göstərməlidir.

"TASS"a istinadən verilən məlumata görə, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə görüşün yükunları üzrə Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

D.Tusk bildirib: "Şimali Makedoniya və Albaniya ilə bağlı qərarın verilməməsi böyük bir məyusluqdur, amma mən nikbin olmağa davam edəcəyəm. Aİ-nin genişlənmə siyasəti ətrafında birliyini bərpa etmək üçün mümkün olan hər şeyi etmək lazımdır".

A.Plenkoviç öz növbəsində qeyd edib ki, Xorvatiyanın bu məsələ ilə bağlı mövqeyi aydırdır: "Biz hesab edirik ki, bu ölkələr və onların Avropa perspektivləri, habelə Avropanın cənub-şərq bölgəsində sabitlik üçün bu danışıqlara başlamaq yaxşı olardı"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar