Türkmənistan BTC ilə neft nəqlini kəskin artırıb
08.09.2017 607 0
2017-ci ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 549,434 min ton Türkmənistan nefti nəql olunub.
SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verilir ki, 2016-cı ilin avqust ayı ilə müqayisədə ötən ay BTC ilə nəql olunan Türkmənistan neftinin həcmi 203,414 min ton və ya 58,78% artıb.
İyul ayı ilə müqayisədə isə BTC ilə ixrac olunan Türkmənistan neftinin həcmi 63,165 min ton və ya 12,99% çoxdur.
Qeyd edək ki, ötən ilin avqust ayında BTC kəməri ilə 346,020 min ton, iyul ayında isə 486,269 min ton Türkmənistan nefti nəql olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər