Türklərlə ermənilər arasında kütləvi dava
20.03.2015 694 0.0 0

Livanın paytaxtı Beyrutda erməni diasporasının nümayəndələri və türk səfirliyinin əməkdaşları arasında kütləvi dava olub.

Məlumata görə, dünən baş verən hadisə barədə türk mətbuatı yazıb.

Davaya səbəb erməni qrupunun Çanaqqalada türk ordusunun qələbəsinə həsr edilmiş "Son məktub" filminin nümayişini dayandırmağa çalışması olub.

"Daşnaksutyun" partiyasının fəalları və erməni tələbələr kinoteatrı mühasirəyə alıb və antitürk şüarlar səsləndirməyə başlayıblar.

Nəticədə türk səfirliyinin əməkdaşları ilə erməni fəallar arasında dava düşüb. Nəticədə iki erməninin yaralandığı və iki türkün həbs edildiyi bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar