Türklərə arxadan zərbə
24.04.2015 868 0.0 0

Almaniya prezidenti Yoahim Qaukdan sonra bu gün Federal Məclis sədri Lammert parlamentdə keçirilən anma konfransında 1915-ci ildə baş verən hadisələri "soyqırım" kimi dəyərləndirib. 

Məlumata görə, müzakirələrdə hökumət və müxalifət nümayəndələri açıqlamalarında bu ifadədən istifadə ediblər. 

Türkiyənin "Hürriyyət" qəzeti yazır ki, Almaniyada prezident, parlament sədri, hökumət və müxalifət 1915-ci il hadisələrini ilk dəfə çox açıq şəkildə rəsmən "soyqırım" olaraq adlandırdılar. Ancaq natiqlər məqsədlərinin Türkiyəyə dərs ya da ağıl vermək olmadığını, tam tərsinə türklərlə ermənilərin barışmasına kömək etmək olduğunu qeyd ediblər. 

Beləliklə, Bundestaqın xarici işlər komissiyasına 3 təklif göndərilib. Məclisə gələcək yeni təklifdə 1915-ci il hadisələrinin "soyqırım" kimi qəbul olunması gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar